SON XƏBƏRLƏR

Bu gün, 20 may tarixində Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi Tural Rövşən oğlu Hümmətovun doğum günüdür.

Tural Hümmətov 1998-ci ildə Lənkəran rayonunun Tatoba kəndində anadan olub. Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tural Hümmətov noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub. Lənkəran rayonunda dəfn olunub.

Ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.