SON XƏBƏRLƏR

Bu gün, 29 aprel tarixində Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, Vətən müharibəsi şəhidi Telman Nəhmətovun mövlud günüdür.

Telman Nəhmətov 1990-cı ildə Astara rayonunun Alaşa kəndində anadan olub.

Vətən müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Telman Nəhmətov oktyabrın 31-də Xocavənd döyüşləri zamanı şəhid olub. Astara rayonunun Alaşa kəndində dəfn olunub.

Ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif edilib.