Bu gün, 24 yanvar tarixində Birinci Qarabağ müharibəsi şəhidi Seyran Əliş oğlu Quliyevin mövlud günüdür.
Seyran Quliyev 1964-cü ildə Astara şəhərində anadan olub. 1993-cü ildə ərizə yazıb rayon hərbi komissarlığına təqdim etdikdən sonra könüllü olaraq cəbhəyə yola düşüb. O, Füzuli cəbhəsində vuruşub. 2 fevral 1994-cü ildə şəhidlik zirvəsinə ucalıb.