SON XƏBƏRLƏR

Bu gün, 3 yanvar tarixində Vətən müharibəsində xüsusi qəhrəmanlıq göstərən Samiq Rizvan oğlu Rəhmanovun doğum günüdür.

Samiq Rəhmanov 1990-cı ildə Astara rayonunun Səncərədi kəndində anadan olub. O, 2014-cü ildən müddətdən artıq hərbi xidmətə əsgər kimi başlayıb. Samiqin döyüşlərdə iştirakı 2016-cı ilin aprelində Lələtəpədən başlayıb.

Samiq Rəhmanov Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, 2020-ci il oktyabrın 25-də Qubadlı döyüşləri zamanı şəhid olub. Astara rayonunun Səncərədi kəndində dəfn olunub.

Samiq Rəhmanov ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.