Bu gün, 17 aprel tarixində Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, Vətən müharibəsi şəhidi Şəhriyar Əsgərovun mövlud günüdür.
Şəhriyar İsa oğlu Əsgərov 1991-ci ildə Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olub. Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şəhriyar Əsgərov oktyabrın 4-də Füzuli döyüşləri zamanı şəhid olub.Ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.