Bu gün, 15 mart tarixində Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi Sadiq Nadir oğlu Ağabalayevin mövlud günüdür.
Sadiq Ağabalayev 1998-ci ildə Cəlilabad rayonunun Privolnoye kəndində anadan olub.
Aprel döyüşlərinin iştirakçısı olan Sadiq Vətən müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. 22 oktyabr 2020-ci ildə Qubadlı rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhidlik zirvəsinə ucalıb.
Ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.