SON XƏBƏRLƏR

Bu gün, 1 may tarixində Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı və hərbi tibb qulluqçusu, Vətən müharibəsi şəhidi Nurlan Fərəməzovun mövlud günüdür.

Fərəməzov Nurlan Əhliman oğlu 1992-ci ildə Astara rayonunun Təngərüd kəndində anadan olub. Orta məktəbi Təngərüd kənd tam orta məktəbində bitirib. 2009–2015-ci illərdə Azərbaycan Tibb Universitetinin (ATU) Hərbi tibb fakültəsində təhsil alıb.

Vətən müharibəsi zamanı gedən döyüşlərdə yaralı hərbçiləri döyüş meydanından çıxararkən 9 oktyabr 2020-ci il tarixində şəhid olub. Şəhidimiz oktyabrın 10-da doğulduğu kənddə torpağa tapşırılıb.

Ölümündən sonra “Vətən uğrunda” və “İgidliyə görə” medalları ilə təltif olunub.

Müstəqillik günü
Tarixi faktlar və şəxslər

Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd edilir

Bu gün Azərbaycanda Müstəqillik Gününün qeyd edilməsi 28 may 1918-ci ildə yaranan müsəlman şərqində ilk parlament respublikasının – Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranması ilə bağlıdır. 27 may 1918-ci ildə Müsəlman