Bu gün, 15 mart tarixində Azərbaycan Silah Qüvvələrinin əsgəri, şəhid Namiq Nəcəf oğlu Həmidovun mövlud günüdür.
Namiq Həmidov 1994-cü ildə Masallı rayonunun Lürən kəndində anadan olub. 3 aprel 2013-cü ildə hərbi xidmətə yollanıb. Bərdə korpusunun Tərtərdə yerləşən “N “saylı hərbi hissəsində xidmət edib. 27 may 2013-cü ildə Ağdərə rayonu ilə üzbəüz Həsənqaya mövqeyində baş vermiş şiddətli döyüş zamanı o, düşmənin iki hərbi texnikasını vurub sıradan çıxarıb və müşahidə postunu dağıdıb. Kəşfiyyat postuna qayıdan zaman Namiq arxadan düşmənin snayper gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalıb.
O, 28 may 2013-cü ildə Masallı rayonunun Lürən kəndində torpağa tapşırılıb.