SON XƏBƏRLƏR

Bu gün, 9 may tarixində Azərbaycan Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının baş giziri, Vətən müharibəsi iştirakçısı Nahid Hüseynağa oğlu Məmmədovun mövlud günüdür.

Nahid Məmmədov 1990-cı ildə Cəlilabad rayonunun Vənlik kəndində Hüseynağa Məmmədovun və Maral Məmmədovanın ailəsində anadan olub. 1996-2007-ci illərdə Cəlilabad rayon Vənlik kənd tam orta məktəbində orta təhsil alıb.

Nahid Məmmədov Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, “N” saylı hərbi hissədə sıravi əsgər kimi xidmət edib. Hərbi xidmətini başa vurduqdan sonra Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “müddətdən artıq hərbi xidmət” kursuna başlayıb. Hərbi xidməti zamanı Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən medal, fəxri fərman və təşəkkürnamələrlə təltif olunub.

Vətən müharibəsi zamanı Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. “İgidliyə görə” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Vətən müharibəsi bitdikdən sonra Nahid Məmmədov “baş gizir” rütbəsi alıb və Zəngilan rayonunda yerləşən “N” saylı hərbi hissədə hərbi xidmətini davam etdirib.

2022-ci il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat zamanı Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının hərbçisi kimi iştirak edən Nahid Məmmədov 13 sentyabr 2022-ci ildə Zəngilan rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhidlik zirvəsinə ucalıb.

14 sentyabr 2022-ci ildə nəşi evinə gətirilərək doğulduğu Cəlilabad rayonunun Vənlik kəndində dəfn olunub. Dəfn mərasimində Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, qazilər, müharibə veteranları, kənd sakinləri və Nahid Məmmədovun yaxınları iştirak ediblər.

Ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub.

İlahə Məmmədova adlı xanımla evli idi. Şəhriyar adlı oğlu və Yağmur adlı qızı Vətənə əmanət qalıblar.

Lənkəranda oğurluq
Aktual

Lənkəranda silsilə oğurluqlar edən rayon sakini saxlanılıb

Silsilə oğurluqlar edən Lənkəran sakini saxlanılıb. Bu haqda məlumat DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan Cenublu.az-a bu gün, 6 iyun tarixində verilib. Belə ki, Lənkəran şəhəri ərazisindəki evlərdən birinin həyətindən