SON XƏBƏRLƏR

Bu gün, 21 yanvar tarixində qəhrəman şəhidimiz, Azərbaycan Silahlı Qüvvələrinin baş çavuşu Murad Nəbi oğlu Səlifovun mövlud günüdür.

Murad Səlifov 1989-cu ildə Cəlilabad rayonu, Göytəpə şəhərində anadan olub. Murad Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Şəhidimiz ailəli idi. Ümid və Yusif adlı övladları Vətənə əmanət qalıblar.

MAXE Murad Səlifov Vətən müharibəsində göstərdiyi şücaət və qəhrəmanlıqlara görə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və  “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.