SON XƏBƏRLƏR

Bu gün, 10 yanvar tarixində Vətən müharibəsi şəhidi Masim Hafiz oğlu Qurbanovun anım günüdür.

Masim Qurbanov 7 yanvar 2001-ci ildə Masallı rayonu, Ərəb kəndində anadan olub. 2008-2017-ci illərdə Masallı rayonu Ərəb kənd tam orta məktəbində təhsil alıb. 2019-cu ilin yanvar ayından 2020-ci ilin iyul ayına kimi müddətli həqiqi hərbi xidmətdə olub.

Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı istiqamətlərində gedən döyüşlərdə könüllü olaraq iştirak edib. 30 oktyabr 2020-ci ildə Qubadlı istiqamətində gedən döyüşlərdə şəhid olub. Şəhidin nəşi 10 yanvar 2021-ci il tarixdə doğulduğu Masallı rayonunun Ərəb kənd qəbiristanlığında torpağa tapşırılıb.

Ölümündən sonra Qurbanov “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.