Bu gün, 5 may tarixində şəhid Məhəmməd Cavanşir oğlu Babazadənin mövlud günüdür.
Məhəmməd Babazadə 1995-ci ildə Astara rayonunun Marzəsə kəndində anadan olub. 2013-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Məhəmməd Babazadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, 28 sentyabrda Füzuli döyüşləri zamanı şəhid olub. Astara rayonunun Marzəsə kəndində dəfn olunub.
Ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif olunub.