SON XƏBƏRLƏR

Bu gün, 5 yanvar tarixində Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, Vətən müharibəsi şəhidi Kənan Tofik oğlu Məmmədovun doğum günüdür.

Kənan Məmmədov 1998-ci ildə Cəlilabad rayonunun Məmmədrzalı kəndində anadan olub. Kənd orta məktəbində təhsil alıb.

27 sentyabr 2020-ci il tarixində başlayan Vətən müharibəsində iştirak edərək Suqovuşan uğrunda gedən döyüşlərdə şücaət göstərib. Qəhrəmanımız “Mübariz postu” adlandırılan postda düşmən atəşinə tuş gələrək qəhrəmancasına şəhid olub.

Ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.