SON XƏBƏRLƏR

Bu gün lənkəranlı igid, əslən rayonun Girdəni kəndindən olan Vətən müharibəsi şəhidi Kənan Axundzadənin mövlud günüdür.

Kənan Hamil oğlu Axundzadə 1994-cü ildə Lənkəran şəhəində dünyaya göz açıb. 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Füzuli rayonunda yerləşən “N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmətdə idi. Vətən müharibəsi zamanı Füzuli və Xocavənd istiqamətində gedən döyüşlərdə savaşıb. 31 oktyabr Füzuli və Xocavənd rayonlarının sərhədində yerləşən strateji əhəmiyyətli Üryandağ yüksəkliyi uğrunda gedən döyüşlərdə şəhid olub. Girdəni kəndində dəfn olunub.

Ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.