SON XƏBƏRLƏR

Bu gün, 14 yanvar tarixində qəhrəman şəhidimiz kapitan Kamran Fərəcovun mövlud günüdür.

Fərəcov Kamran Qılman oğlu 1978-ci ildə Astara rayonunun Səncərədi kəndində anadan olub. Vətən müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Kamran Fərəcov 21 oktyabr Qubadlı döyüşləri zamanı şəhid olub. Astara rayonunda dəfn olunub. Ailəli idi. Dəniz və Şəms adlı əkiz qızları Vətənə əmanət qalıblar.

O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.