Lənkəranlı şəhid İbadzadə Zabilin anadan olduğu gündür.
İbadzadə Zabil Fikrət oğlu 27 dekabr 1996-cı ildə Lənkəran rayonunun Gəgiran kəndində anadan olub. Zabil Vətən müharibəsində igidlik və mərdlik göstərərək 21 oktyabr 2020-ci ildə Qubadlı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.