SON XƏBƏRLƏR

Bu gün, 16 yanvar tarixində Azərbaycan Silahlı Qüvvələrinin MAHHXHQ əsgəri, Vətən müharibəsi şəhidi Fuad Cahangir oğlu Qubadlının mövlud günüdür.

Fuad Qubadlı 1993-cü ildə Cəlilabad rayonunun Kiçik Bəcrəvan kəndində ziyalı ailəsində anadan olub. Vətən müharibəsi zamanı müxtəlif istiqamətlərdə gedən döyüşlərdə savaşıb. 8 noyabr 2020-ci ildə Xocavənd rayonunda gedən döyüşdə alıdığı qəlpə yarası nəticəsində şəhid olub.

Ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.