SON XƏBƏRLƏR

Bu gün, 3 may tarixində Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi Famil Habil oğlu Əlizadənin mövlud günüdür.

Famil Əlizadə 1999-cu ildə Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olub. 2005-2016-cı illərdə Ərkivan qəsəbəsinin tam orta məktəbində, 2016-2017-ci illərdə Bakı şəhərinin 2 saylı peşə məktəbində təhsil alıb.

2017-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2017-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.

Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edib. 21 oktyabr şiddətli Füzuli döyüşlərində şəhid olub. Masallı rayonunun Ərkivan qəsəbəsində dəfn edilib.

Ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.