SON XƏBƏRLƏR

Bu gün, 25 mart tarixində Azərbaycan ordusunun giziri Elvin Əfrail oğlu Əzizovun mövlud günüdür.

Elvin Əziziov 1986-cı ildə Masallı rayonunun Qarğalıq kəndində anadan olub. O, Vətən müharibəsi zamanı torpaqlarımızın işğaldan azad olunması uğrunda Füzuli rayonu ərazisində döyüşüb. Qızğın döyüşlərdə düşmənə qarşı böyük mərdlik göstərərək 11 oktyabrda şəhidlik zirvəsinə ucalıb. Şəhid gizir Elvin Əzizov 16 oktyabr 2020-ci il tarixdə doğulduğu Qarğalıq kənd qəbiristanlığında izdihamla torpağa tapşırılıb.

Ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.