Bu gün, 9 may tarixində Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi Elnur Kərim oğlu Sadıqovun mövlud günüdür.
Elnur Sadıqov 2001-ci ildə Cəlilabad rayonunun Təzəkənd kəndində anadan olub. Təzəkənd kənd Elxan Fətiyev adına 1 saylı tam orta məktəbdə təhsil alıb.
Vətən müharibəsi zamanı, 29 oktyabr 2020-ci ildə Tərtər rayonu istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Cəlilabad rayonunun Təzəkənd kəndində dəfn olunub.
Ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.