SON XƏBƏRLƏR

Bu gün, 17 aprel tarixində Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Vətən müharibəsi şəhidi Ehtiram Hüseynlinin mövlud günüdür.

Etiram Həsən oğlu Hüseynli 1977-ci ildə Lənkəran şəhərində anadan olub. 1984-1994-cü illərdə Lənkəran şəhərində S. Kazımbəyov adına 6 nömrəli tam orta məktəbdə təhsil alıb. 1994-1998-ci illərdə isə N.Tusi adına Azərbaycan Pedaqoji Universitetində (APİ) ali təhsil alıb. 2002-ci ildən Lənkəran şəhərində S. Kazımbəyov adına 6 nömrəli tam orta məktəbdə müəllim olaraq çalışıb.

Etiram Hüseynli 2000-2002-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ordubad rayonunda yerləşən “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.

Vətən müharibəsində könüllü iştirak edən igidimiz  Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.Etiram Hüseynli oktyabrın 21-i Qubadlı döyüşləri zamanı şəhid olub. Lənkəran şəhərində dəfn olunub.

Ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.