Bu gün, 20 dekabr tarixində Vətən müharibəsi şəhidi Ayaz Nizami oğlu Abasovun doğum günüdür.
Şəhid Ayaz Abasov 1998-ci ildə Cəlilabad rayonunun Bəcrəvan kəndində anadan olub. 2017-ci ilin yanvar ayında ordu sıralarına çağırılıb. Daxili qoşunların Sumqayıt şəhərində yerləşən N saylı hərbi hissəsində xidmətdə olub. Xidmətini başa vurduqdan sonra Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstələrinin birində müddətdən artıq xidmət etməyə başlayıb. Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ayaz Abasov oktyabrın 3-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. Ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.