20 yanvar hadisələri zamanı şəhadətə ucalmış Asif Əsədullayevin ölümündən 33 il ötür.
Asif Əsədullayev 1954-cü ilin 2 yanvar tarixində Lənkəranın Şaqlaser kəndində anadan olub. 1971-ci ildə Bakıdakı 84 nömrəli texniki peşə məktəbini, 1983-cü ildə Azərbaycan Sənaye Universitetini bitirib. 1971-ci ildən 1990-cı il yanvarın 19-dək “Bakı fəhləsi” adına maşınqayırma zavodunda tornaçı işləyib.
Yanvarın 19-dan 20-nə keçən gecə Əmirhacıyan qəsəbəsindəki qohumlarının evindən Sabunçu qəsəbəsinə qayıdarkən Ramana kəndi yaxınlığında üç avtobus əsgərlə rastlaşıb. Əsgərlər xəbərdarlıq etmədən maşını atəşə tutub, maşındakıların hər ikisi ağır yaralanıb, Asif yerindəcə vəfat edib.
Mərhum yanvarın 20-də Lənkəran rayonunun Şaqlaser kənd qəbiristanlığında dəfn edilib.