Bu gün, 8 may tarixində Birinci Qarabağ müharibəsi şəhidi Ərzuman İsmayılovun mövlud günüdür.
Ərzuman Əlizamin oğlu İsmayılov 1973-cü ildə Masallı rayonunun Yeyənkənd kəndində anadan olub. 1992-ci ildə könüllü olaraq cəbhəyə yollanıb. Ağdam, Füzuli rayonunun Kərimbəyli, Böyük Rəhmanlı, Şükürlü, Aşağı Seyidəhmədli kəndləri uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşüb. 5 fevral 1994-cü ildə şəhidlik zirvəsinə ucalıb.
Hazırda Masallı rayon Yeyənkənd kənd tam orta məktəbi şəhidimizin adını daşıyır.