Bu gün, 23 may tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, Vətən müharibəsi şəhidi Alim Davud oğlu Şükürovun mövlud günüdür.
Alim Şükürov 1998-ci ildə Cəlilabad rayonunun Ağdaş kəndində anadan olub. 2004-2015-ci illərdə Ağdaş kənd tam orta məktəbində təhsil alıb. 2018-ci ildə Cəlilabad Peşə Liseyini bitirib.
Vətən müharibəsi zamanı Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Alim Şükürov noyabrın 9-da Zəngilan döyüşləri zamanı Bartaz istiqamətində şəhid olub. Cəlilabad rayonunda dəfn olunub.
Ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunub.