Bu gün, 24 may tarixində Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi Əli Seyran oğlu Nəcəfovun mövlud günüdür.
Əli Nəcəfov 1998-ci ildə Masallı rayonunun Tüklə kəndində anadan olub. 2004-2015-ci illərdə Binəqədi rayonunda ERA tam orta ümumtəhsil məktəbində təhsil alıb. 2016-2020-ci illərdə isə Azərbaycan Universitetində (AU) Maliyyə və iqtisadiyyat ixtisası üzrə ali təhsil alıb.
Əli Nəcəfov 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əli Nəcəfov oktyabrın 20-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. Masallı rayonunun Tüklə kəndində dəfn olunub.
Ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.