SON XƏBƏRLƏR

Bu gün, 18 yanvar tarixində millət vəkili, ürək-damar cərrahı, tibb üzrə elmlər doktoru, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası idarə heyətinin sədri, Azərbaycan Respublikasının Əməkdar həkimi Rəşad Mahmudovun ad günüdür.

Rəşad Mahmudov 18 yanvar 1974-cü ildə Astara rayonunda anadan olub. 1991-ci ildə Astara rayonunun Səməd Vurğun adına orta məktəbini bitirib. 1991-1997-ci illərdə 9 Eylül Universitetinin tibb fakültəsində ali təhsil alıb.

1997-2003-cü illərdə Türkiyə Cumhuriyyəti Ege Universitetinin ürək-damar cərrahiyəsi Elmi Mərkəzinin doktoranturasında təhsil alıb. 2003-cü ildə Türkiyə Cumhuriyyəti Ege Universitetində Uzmanlıq Diplomunu müdafiə edib.

2006-cı ildə Ali Attestasiya Komissiyası tərəfindən namizədlik dissertasiyası müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsinə yiyələnib.

2015-ci ildə Ali Attestasiya Komissiyası tərəfindən doktorluq dissertasiyası müdafiə edərək tibb üzrə elmlər doktoru alimlik dərəcəsinə layiq görülüb.