SON XƏBƏRLƏR

Bu gün, 27 aprel tarixində Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, şəhid Cəmil Qurbanzadənin mövlud günüdür.

Cəmil Qurbanzadə 2003-cü ildə Astara şəhərində anadan olub. Astara şəhər 2 saylı tam orta məktəbi bitirdikdən sonra 2020-ci ildə Azərbaycan Dövlət İdman Akademiyasının qiyabi şöbəsinə daxil olub. 2021-ci ilin aprel ayında hərbi xidmətə yola düşüb.

Cəmil Qurbanzadənin tərxis olmağına 18 gün qalmışdı. 13 sentyabr 2022-ci ildə Azərbaycan-Ermənistan sərhədində baş vermiş toqquşma zamanı şəhid olub. Onun nəşi 16 sentyabr 2022-ci ildə doğulub boya-başa çatdığı Astara şəhərinə gətirilib və böyük izdihamla Astara şəhər qəbiristanlığında dəfn edilib. Dəfn mərasimində şəhidin qohum və yaxınları, rayon rəhbərliyi və sakinlər iştirak ediblər.

Cəmil Qurbanzadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən, ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.

Müstəqillik günü
Tarixi faktlar və şəxslər

Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd edilir

Bu gün Azərbaycanda Müstəqillik Gününün qeyd edilməsi 28 may 1918-ci ildə yaranan müsəlman şərqində ilk parlament respublikasının – Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranması ilə bağlıdır. 27 may 1918-ci ildə Müsəlman