SON XƏBƏRLƏR

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, Vətən müharibəsi şəhidi Emil Qurbanovun şəhadətə ucaldığı gündür.

Emil Qurbanov 25 avqust 1980-ci ildə Lənkəranda anadan olub. 1986–1997-ci illərdə Lənkəran şəhər A.Məhərrəmov adına 7 nömrəli tam orta məktəbdə təhsil alıb. Orta məktəbi bitirdikdən sonra, 1998-ci ildə Lənkəran Dövlət Universitetinin Fiziki tərbiyə və gənclərin çağrışaqədərki hazırlığı fakültəsinə daxil olub.

2002–2003-cü illərdə həqiqi hərbi xidmətdə olan Emil Qurbanov leytenant rütbəsini alıb. 2003-cü ilin oktyabrında Tərtər rayonunun “N” saylı hərbi hissəsində tağım komandiri kimi xidmətə başlayıb. 2005-ci ildə “Zirvə” idman kompleksində məşqçi-müəllim kimi işləməyə başlayıb, idman müəllimi kimi müxtəlif yarışlarda iştirak edib. Daha sonra o, Lənkəran Şəhər Uşaq – Gənclər İdman Məktəbinə məşqçi-müəllim təyin olunub. 2012-ci ildə Lənkəran şəhər A.Məhərrəmov adına 7 nömrəli tam orta məktəbdə gənclərin çağırışaqədərki hazırlığı müəllimi kimi işləməyə başlayıb.

Vətən müharibəsi zamanı tağım komandiri kimi Füzuli, Xocavənd və Qubadlı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 29-da Qubadlının düşməndən azad olunması uğrunda gedən döyüşlərdə həlak olub. 6 noyabr 2020-ci ildə Lənkəranda dəfn olunub.

Ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”,  “Qubadlının azad olunmasına görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.

FHN Cənub Regional Mərkəzində gecə təlimi keçirilib
Aktual

FHN Cənub Regional Mərkəzində gecə təlimi keçirilib

Fövqəladə Hallar Nazirliyi əməkdaşları hazırlıq səviyyələrini mükəmməlləşdirmək məqsədilə təlimlər təşkil edib. Bu haqda bu gün, 1 dekabr tarixində Cenublu.az FHN-ə istinadən xəbər verir. Cənub Regional Mərkəzində  “Subasma zamanı təhlükəli vəziyyətdə