Milli Məclisin 68 saylı Cəlilabad kənd seçki dairəsi üzrə deputatı Elman Nəsirov ölkədəki dilənçiliyin formasından danışıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 11 may tarixində Report.az-a istinadən verir.
O bildirib ki, bu gün ölkəmizdə dilənçiliyin forması dəyişib, yəni formanın özü bir qədər yaxşılaşıb.
“Əvvəl dilənçilər insana yaxınlaşıb pul istəyirdilərsə, indi əllərində salfet tutub 10 qəpiyə satırlar. Həmin məbləğə sənə salfet təqdim edir və qarşılığında pulunu istəyir. Bu, bir qədər dilənçiliyin fərqli yanaşmasıdır. Başqa bir növ isə maşın sürərkən müxtəlif istiqamətlərdən uşaqların anidən hücuma keçməsi və şüşələri təmizləməyə başlamasıdır və s. Bu da təhlükəsizlik baxımından müəyyən problemlər yaradır”, – deyə o bildirib.
Qeyd edək ki, millət vəkili Elman Nəsirov 23 may 1968-ci ildə Cəlilabad rayonunun Təzəkənd kəndində anadan olub.