2 noyabr 1995-ci ildə ümumxalq referendumu ilə Müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunub. Konstitusiya Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoyub. Bu sənəd 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir.
Azərbaycanın ilk Konstitusiyası Sovet dövründə, 19 may 1921-ci ildə I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul olunub. Bundan əlavə, Azərbaycan SSR-in ikinci Konstitusiyası 26 mart 1927-ci ildə, üçüncüsü 14 mart 1937-ci ildə, dördüncü Konstitusiyası isə 21 aprel 1978-ci ildə qəbul olunub.