10 dekabr masallılı 2 igidimizin – Məhərrəmov Vüsal və İbadov Cavadın anadan olduqları gündür.
Məhərrəmov Vüsal 10 dekabr 1979-cu uldə Masallının Hışgədərə kəndində dünyaya göz açıb. İgidimiz Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vüsal Məhərrəmov noyabrın 4-də Şuşa döyüşləri zamanı şəhid olub. Masallı rayonunda dəfn olunub. Ailəli olan Vüsal iki övladını Vətənə yadigar qoyub. O, ölümündən sonra “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
İbadov Cavad 1996-cı il dekabrın 10-da Masallı şəhərində anadan olub. İgidimiz Vətən müharibəsi zamanı Füzulinin və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cavad İbadov oktyabrın 16-da Hadrut döyüşləri zamanı şəhid olub. O, ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.