SON XƏBƏRLƏR

Bu gün, 15 noyabr tarixində Lənkəran Dövlət Universitetində 20 ildən çox

müəllimlik fəaliyyəti göstərən Səriyyə Tağızadənin 60 illik yubileyidir.

Qeyd edək ki, Səriyyə Cəfər qızı Tağızadə 1962-ci ildə Bakı şəhərində anadan olub. 1985-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun “Uçot-iqtisad” fakültəsinin “Mühasibat uçotu və təsərrüfat fəaliyyətinin təhlili” ixtisasını bitirib. 1998-ci ildən müəllim, baş müəllim kimi fəaliyyət göstərir. 2016-cı ilin avqust ayından “İqtisadiyyat və idarəetmə fakültəsində” dekan müavini vəzifəsində çalışır.

1 dərs vəsaiti, 1 metodik göstəriş, 6 fənn proqramı və 30 elmi məqalənin müəllifidir. Ailəlidir, 1 övladı var.