Bu gün, 4 noyabr Lənkəran Dövlət Universitetinin (LDU) tələbəsi Cəsarət Xaliq oğlu Səfərovun anım günüdür.
Cəsarət Xaliq oğlu Səfərov 27 iyun 2001-ci ildə Bakı şəhərində anadan olub. 2018-ci ildə Lənkəran Dövlət Universitetinin Aqrar və mühəndislik fakültəsinin Aqronomluq ixtisasına qiyabi formada qəbul olub. 2019-cu ildə təhsilini dondurub, iyul ayında Gəncəyə hərbi xidmətə yollanıb. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsinə qatılıb. O, Füzuli, Zəngilan, Qubadlı və Xocavəndin alınması uğrunda gedən döyüşlərdə iştirak edib. 4 noyabr 2020-c ildə Laçın istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalır.
C.Səfərovun nəşi 45 gün sonra, 19 dekabr tarixində ailəsinə təhvil verilib və II Fəxri xiyabanda torpağa tapşırılıb.
Vətən müharibəsi şəhidi Cəsarət Səfərov şəhadətindən sonra “Laçının azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” , “İgidliyə görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.