SON XƏBƏRLƏR

Lənkəranlı Vətən müharibəsi şəhidi, baş leytenant Elmar Hikmət oğlu İbayevin anım günündə məzarı ziyarət olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 11 oktyabr tarixində verir.

Anım mərasimində Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra aparatının məsul şəxsləri, şəhid ailələri üzvlərinin və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

İcra başçısı şəhidimizin ailə üzvləri ilə söhbət edib, onların qayğı və ehtiyacları ilə maraqlanıb.

Qeyd edək ki, Ali Baş Komandanın sərəncamları ilə baş leytenant E.İbayev ölümündən sonra “Vətən uğrunda” və “İgidliyə görə” medalları ilə təltif olunub.

Lənkəran Şəhər İcra Hakimiyyəti
Lənkəran Şəhər İcra Hakimiyyəti