SON XƏBƏRLƏR

Bu gün, 20 may tarixində Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun doğum günüdür.

Taleh Qaraşov 1959-cu ildə Kürdəmir rayonunun Pirəköcə kəndində anadan olub. 1981-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu, 1987-ci ildə Bakı Politologiya və Sosial İdarəetmə İnstitutunu bitirib.

Əmək fəaliyyətinə Kürdəmir rayonundakı 4 saylı “Şirvanmeliosutikinti” trestində mühəndis olaraq başlayıb. Daha sonra Kürdəmir KP rayon Komitəsində təlimatçı, birinci katib, şöbə müdiri, Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifələrində çalışıb, 1996-cı ildə Kürdəmir rayon icra başçısı vəzifəsinə təyinat alıb. Müxtəlif illərdə Cəlilabad, Neftçala və Astara rayonlarının İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. 2012-ci ildən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısıdır.

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Prezident İlham Əliyev tərəfindən 2019-cu ildə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.