SON XƏBƏRLƏR

Bu gün Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazovun doğum günüdür.
Şahin Yusif oğlu Şahbazov 1984-cü ildə anadan olub. 2006-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Muzey işi və abidələrin mühafizəsi ixtisasını bakalavr dərəcəsi üzrə, 2008-ci ildə isə Bakı Dövlət Universitetininin Tarix fakültəsini magistr dərəcəsi üzrə fərqlənmə diplomu ilə bitirib. 2012-2018-ci illərdə AMEA-nın Arxeologiya və Etnoqrafiya institutunun doktorantı olub.
Əmək fəaliyyətinə 2004-cü ildə Qobustan Milli Tarix-Bədii Qoruğunda başlayıb. 2013-2021-ci illərdə Mədəniyyət Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.
2019-cu ildən Xəzər Universitetində pedaqoji fəaliyyət göstərib. 4 elmi məqalənin müəllifi, bir neçə kitabın redaktoru və tərtibatçısıdır. Beynəlxalq Muzeylər Şurasının ( İCOM) üzvüdür.
2021-ci ilin may ayında Mədəniyyət naziri Anar Kərimovun müvafiq əmri ilə Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin olunub.