SON XƏBƏRLƏR

Bu gün Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərovun ad günüdür.

Tofiq Ələddin oğlu Heydərov 14 yanvar 1957-ci ildə Lənkəran rayonunda anadan olub. 1974-cü ildə Lənkəran rayonun Hirkan qəsəbə orta məktəbini bitirərək N.K.Krupskaya adına Bakı Kitabxanaçılıq Texnikumunun mədəni-maarif fakultəsinə daxil olub. 1977-ci ildə özfəaliyyət dram kollektivi rəhbəri ixtisasına yiyələnib. 1978-ci ildən H.Ərəblinski adına Lənkəran rayon Mədəniyyət Evində metodist, 1979-1983-cü illərdə H.Ərəblinski adına Lənkəran rayon Mədəniyyət Evinin direktoru vəzifəsində çalışıb.

1979-cu ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olub və mədəni-maarif işçisi, özfəaliyyət teatr rəhbəri ixtisası üzrə tam kursu başa çatdırıb, 1984-1987-ci illərdə N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında aktyor vəzifəsində çalışıb, müxtəlif tamaşalarda iştirak edib.

1987-ci ildən 1989-cu il tarixinədək Lənkəran Ekskursiya və Səyahətlər Bürosunda metodist vəzifəsində işləyib.

1989-cu ildən sahibkarlıq fəaliyyətinə başlayıb, “Turist” Kooperativini təsis edib və 1990-cı ilədək bu özəl müəssisəyə rəhbərlik edib.

T.Heydərov 1996-2013-cü illər ərzində “Xanbulan Turizm İstirahət Mərkəzi” MMC-yə rəhbərlik etdiyi müddətdə respublika turizm sərgilərində, ölkədə turizm potensialının inkişafı ilə bağlı keçirilən tədbirlərdə fəal iştirak edib, vətəndaşlara keyfiyyətli mehmanxana və turizm xidməti göstərmək üçün Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Turizm şirkətləri, Lənkəran Turizm informasiya Mərkəzi və Lənkəran Dövlət Dram Teatrı ilə geniş əməkdaşlıq edib.

2014-cu ilin mart ayından Lənkəran Dövlət Dram Teatrının direktoru vəzifəsinə təyin olunub. Ötən 7 il müddətində T.Heydərovun biləvasitə rəhbərliyi ilə teatrın truppası bir sıra nüfuzlu beynəlxalq festivallarda Azərbaycanı təmsil edib, diplom və mükafatlara layiq görülüb. Yüksək nailiyyətlərinə görə teatr, həmçinin “Aparıcı teatr” statusunu alıb.

10 mart 2016-cı ildə Lənkəran bələdiyyəsinin təsis etdiyi “İlin incəsənət adamı” nominasiyası üzrə diploma layiq görülüb.

Kənan Əliquliyev
Sizi maraqlandıran

Lənkəranlı idmançı Kənan Əliquliyevi tanıyaq

Kənan Teymur oğlu Əliquliyev 1998-ci ildə Lənkəran şəhərində anadan olub. 2004-cü ildə Lənkəran şəhərində yerləşən “Zirvə” İdman Klubunda ağır atletika idman növü ilə məşğul olmağa başlayıb. Ağır atletika üzrə 2013-cü