27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silah və ağır artilleriyalardan istifadə edərək Azərbaycanın bir sıra yaşayış məntəqələrini, həmçinin hərbi mövqelərini atəşə tutub.
44 gün davam edən müharibə zamanı Azərbaycan ordusunun Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində 5 şəhər və 4 qəsəbə, ümumilikdə isə 300-dən çox yaşayış məntəqəsi işğaldan azad edilib. Azərbaycan ordusu, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində yerləşən strateji yüksəklikləri də erməni işğalçılarından azad edib.
Azərbaycanın İkinci Qarabağ müharibəsində 2908 nəfər hərbi qulluqçusu şəhid olub, 6 hərbi qulluqçusu isə itkin düşüb.
2 dekabr 2020-ci ildə hər il sentyabrın 27-sinin Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi haqqında qərar qəbul edilib. Bundan əlavə, 3 dekabr 2020-ci il tarixində hər il 8 noyabrın Zəfər Günü kimi qeyd edilməsi ilə bağlı qanun imzalanıb.
Allah şəhidlərimizə rəhmət eləsin!