Şəhid Röyal İmran oğlu Nəsirovun anadan olduğu gündür.
Röyal İmran oğlu Nəsirov 1997-ci ilin 16 mart tarixində Cəlilabad rayonunun Məlikqasımlı kəndində anadan olub. Aprel döyüşlərində qəhrəmancasına iştirak edən igidimiz 2 aprel tarixində şəhadətə ucalıb. Aprelin 9-u doğulduğu Cəlilabad rayonunun Məlikqasımlı kəndində son mənzilə yola salınıb. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatılıb. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Nəsirov uğrunda şəhid olduğu torpağa tapşırılıb.
İgidimiz ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.