SON XƏBƏRLƏR

Bu gün, 30 noyabr tarixində Azərbaycan Silahlı Qüvvələri və Sərhəd Qoşunları polkovniki, Qaraheybət aviasiya poliqonunda baş vermiş helikopter qəzasında şəhid olan Emil Nəzirovun ildönümüdür.

Emil Nəzir oğlu Nəzirov 4 fevral 1969-cu ildə Lənkəran rayonunun Viravul kəndində anadan olub. 1976–1986-cı illərdə Veravul kənd orta məktəbində təhsil alıb. 1987-1990-cı illərdə Lomonosov adına Hərbi Aviasiya Mühəndisləri Məktəbində oxuyub. Hərbi təhsilini başa vurduqdan sonra leytenant rütbəsində göndərişlə Zaqafqaziya hərbi dairəsinin indiki Hacı Zeynalabdin qəsəbəsində yerləşən N saylı hərbi hissəsində təyyarə texniki vəzifəsində xidmətə başlayıb. O, Birinci Qarabağ və Vətən müharibəsi iştirakçısı olub. 2021-ci il iyul ayının 24-də Dövlət Sərhəd Xidmətində yaranan Xüsusi Hava Əməliyyatları Qüvvələri Komandanının Mühəndis Aviasiya İşləri üzrə müavini və Mühəndis Aviasiya şöbəsinin rəisi vəzifəsinə təyin olunub və 30 avqust tarixində polkovnik rütbəsinə yüksəlib.

İlham Əliyevin Sərəncamına əsasən, Emil Nəzirov “Vətən uğrunda” medalı ilə təltif olunub.

30 noyabr 2021-ci ildə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Emil Nəzirov və daha 13 nəfər şəhid olub. Mərhum II Şəhidlər xiyabanında dəfn olunub.

Kənan Əliquliyev
Sizi maraqlandıran

Lənkəranlı idmançı Kənan Əliquliyevi tanıyaq

Kənan Teymur oğlu Əliquliyev 1998-ci ildə Lənkəran şəhərində anadan olub. 2004-cü ildə Lənkəran şəhərində yerləşən “Zirvə” İdman Klubunda ağır atletika idman növü ilə məşğul olmağa başlayıb. Ağır atletika üzrə 2013-cü