SON XƏBƏRLƏR

Bu gün, 10 yanvar tarixində tarix elmləri doktoru, professor, BDU-nun Mənbəşünaslıq, Tarixşünaslıq və metodika kafedrasının müdiri, Milli Məclisin deputatı Anar İsgəndərovun doğum günüdür.

Anar İsgəndərov 1956-cı ildə Masallı rayonunun Böyük Kolatan kəndində anadan olub. 1973-1978-ci illərdə BDU-nun Tarix fakültəsində təhsil alıb. 1984-cü ildən BDU-nun Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasında çalışır. 1999-cu ildən həmin kafedranın müdiridir.

1989-cu ildə “Azərbaycanda sovet hakimiyyətinin qurulması və möhkəmləndirilməsinin tarixşünaslığı” mövzusunda namizədlik dissertasiyasını, 2004-cü ildə “Azərbaycanda 1917-1918-ci illərdə türk-müsəlman soyqırımı probleminin tarixşünaslığı” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı, “Azərbaycan Xalq Cümhuriyyəti dövrünün tədqiqində xidmətlərinə görə” 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı, Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu və “Bakı Dövlət Universitetinin 100 illiyi” yubiley medalı ilə təltif edilib.

200-ə qədər elmi məqalənin, 2 monoqrafiyanın, iki kitabın müəllifidir.

71 saylı Masallı qəsəbə seçki dairəsindən deputat seçilib.

Astara yardım
Aktual

Astaralılardan Türkiyəyə dəstək

Astara sakinləri də qardaş Türkiyəyə yardım kampaniyasına qoşulublar. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 fevral tarixində verir. Belə ki,