SON XƏBƏRLƏR

Bu gün, 23 yanvar tarixində Azərbaycanın Milli Qəhrəmanı, mart hadisələri zamanı şəhid olan Yalçın Canhəsən oğlu Nəsirovun mövlud günüdür.

Yalçın Nəsirov 1976-cı ildə Astara rayonunun Sərək kəndində anadan olub. 1982-1992-ci illərdə kənd məktəbində təhsil alıb. 19 aprel 1994-cü ildə Milli Orduya çağırılıb. Tərtər və Şamaxı rayonlarında qulluq edən Yalçın verilən tapşırıqları layiqincə yerinə yetirirdi. O, Vətənimizi azad və bütöv, güclü görmək arzusu ilə yaşayırdı.

1995-ci il mart hadisələri baş verdi. 13-17 mart günlərində dövlət çevrilişinə cəhd edən dəstənin zərərsizləşdirilməsi zamanı Yalçın ağır yaralandı. Xeyli qan itirmişdi. 24 mart tarixində o, aldığı yaradan Sabunçu rayon xəstəxanasında dünyasını dəyişdi.

Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 4 aprel 1995-ci il tarixli 307 saylı Fərmanı ilə Nəsirov Yalçın Canhəsən oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Həmçinin Astara rayonunun Sərək kənd tam orta məktəbi onun adını daşıyır. Astara rayonundakı “Qəhrəmanlar” parkında büstü qoyulub.

Kənan Əliquliyev
Sizi maraqlandıran

Lənkəranlı idmançı Kənan Əliquliyevi tanıyaq

Kənan Teymur oğlu Əliquliyev 1998-ci ildə Lənkəran şəhərində anadan olub. 2004-cü ildə Lənkəran şəhərində yerləşən “Zirvə” İdman Klubunda ağır atletika idman növü ilə məşğul olmağa başlayıb. Ağır atletika üzrə 2013-cü