SON XƏBƏRLƏR

Bu gün, 26 dekabr tarixində Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsinin şəhidi Eldar Həsənovun doğum günüdür.

Eldar Həsənov 1965-ci ildə Cəlilabad rayonunun Lallar kəndində anadan olub. 1983-cü ildə kənd orta məktəbini bitirib. 1984-cü ildə kənd Hərbi Komissarlığı tərəfindən ordu sıralarına çağırılır. 1986-cı ildə xidmətini başa vurub, Cəlilabad rayonunda sürücü işləməyə başlayır. 1990-cı ildə Eldar Xüsusi Təyinatlı Polis Dəstəsinə üzv yazılır. O, Azərbaycanın hər qarış torpağı uğrunda fədakarlıqla vuruşub. Hətta ermənilər onun başına 50 min ABŞ dolları pul mükafatı qoymuşdular.

O, 12 may 1994-cü ildə Horadiz qəsəbəsi uğrunda gedən döyüşlərdə qəfil atılan mərmi nəticəsində şəhidlik zirvəsinə ucalıb. Cəlilabad rayonunun Lallar kəndində dəfn olunub.

Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı Fərmanı ilə Həsənov Eldar İsfəndiyar oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Cəlilabad Rayon Polis İdarəsinin həyətində büstü qoyulub.