Bu gün, 17 mart tarixində Azərbaycanın Milli Qəhrəmanı, şəhid Əsgər Əliyevin anım günüdür.
Əsgər Ələkbər oğlu Əliyev 8 noyabr 1974-cü ildə Lənkəran rayonunun Ləj kəndində anadan olub. 1992-ci ildə, məktəbi bitirdikdən sonra Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinin Tank-artilleriya fakültəsinin tələbəsi olur.
1995-ci ilin 17 mart tarixində, Mart hadisələri baş verərkən Əsgər Əliyev Milli Ordunun əsgəri idi. Hadisə zamanı Əsgər Əliyev yaralanıb, lakin 4 yaralını xilas edərkən ikinci güllə onun ömrünə son qoyub. Ləj kənd qəbiristanlığında dəfn olunub.
Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Əliyev Əsgər Ələkbər oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
Lənkəran rayonunda adına park, büst və xatirə lövhəsi, Haftoni qəsəbə orta məktəbində “Xatirə guşəsi” var.