SON XƏBƏRLƏR

Bu gün, 19 sentyabr tarixində astaralı igid, Vətən müharibəsi şəhidi Sadiq Kamal oğlu Zeynalovun doğum günüdür.

Sadiq Zeynalov 1998-ci ildə Astara rayonunun Ərçivan qəsəbəsində anadan olub. 2016-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2018-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edib.

Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. 25 oktyabrda Qubadlı döyüşlərində şəhid olub.

Ölümündən sonra Zeynalov “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

Lənkəranda samovara olan tələbat artmaqdadır
Aktual

Lənkəranda samovara olan tələbat artmaqdadır

Lənkəranda ilbəil samovarlara olan tələbat artır. Bununla bağlı ARB Cenub bu gün, 1 oktyabr tarixində reportaj hazırlayıb. Gündəlik rasiyonda adi çaydan çox istifadə edilir. Lakin əksər hallarda çaydan istifadə edənlər