SON XƏBƏRLƏR

Astaralı şəhid Məhəmməd Babazadənin anım günüdür. O, Siyaku kənd inzibati ərazisinin Marzəsəy kəndindəndir.

Üç bacının yeganə qardaşı olan kiçik çavuş müharibə zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. 28 sentyabr 2020-ci ildə oradaca şəhidlik zirvəsinə ucalıb. Doğma kəndində dəfn olunub.

Prezidentin sərəncamları ilə Məhəmməd Babazadə ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Anım günü münasibətilə Siyaku kənd Follklor evinin, Siyaku, Şüvi kənd kitabxanalarının əməkdaşları və bəstəkar Elmir Mədətoğlu şəhidin məzarını və adına açılan bulağı ziyarət ediblər, ailəsinə baş çəkiblər.