SON XƏBƏRLƏR

Bu gün Lənkəran Dövlət Dram Teatrının aparıcı səhnə ustası, Əməkdar artist, “Tərəqqi” medallı Təvəkkül Əjdər oğlu Əliyevin vəfatının ildönümüdür.

Təvəkkül Əliyev 21 avqust 1951-ci ildə Neftçalada anadan olub. 1973-cü ildə İncəsənət İnstitutunun kino və dram aktyorluğu fakültəsini bitirdikdən sonra N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb. T.Əliyevin Lənkəran teatrının səhnəsində oynadığı ilk rol M.İbrahimovun “Yaxşı adam” pyesindəki Azər obrazı olub. Daha sonra o, N.Xəzrinin “Sən yanmasan”, İ.Əfəndiyevin “Mahnı dağlarda qaldı”, N.Hikmətin “Bayramın birinci günü”, A.P.Çexovun “Yubiley”, M.İbrahimovun “Kəndçi qızı”, M.Musiyenkonun “Nəsillər, eşidin!”, V.Şekspirin “Qış nağılı”, H.Cavidin “Topal Teymur”, S.Vurğunun “Fərhad və Şirin”, Ə.Haqverdiyevin “Ağa Məhəmməd şah Qacar”, Ə.Əylislinin “Vəzifə” və onlarla digər əsərlərdə Eldar, Nicat, Şadi bəy, Xirin, Alman zabiti, Rəşad, Sillerqut, İldırım Bəyazid, Fərhad, Mirzəqulu xan, Əjdər kimi yaddaqalan obrazlar yaradıb.

O, səhnə fəaliyyəti ilə yanaşı, rayonda keçirilən mədəni-kütləvi tədbirlərin təşkilində də yaxından iştirak edib.

Azərbaycan Respublikasının Əməkdar Artisti Təvəkkül Əliyev 25 iyun 2013-cü ildə “Tərəqqi” medalı ilə təltif olunub. 23 yanvar 2017-ci ildə Lənkəranda ürək tutmasından vəfat edib. Bakıda, Zabrat qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, mərhum aktyor Təvəkkül Əliyev Xalq artisti Böyükxanım Əliyevanın həyat yoldaşı olub.

Kənan Əliquliyev
Sizi maraqlandıran

Lənkəranlı idmançı Kənan Əliquliyevi tanıyaq

Kənan Teymur oğlu Əliquliyev 1998-ci ildə Lənkəran şəhərində anadan olub. 2004-cü ildə Lənkəran şəhərində yerləşən “Zirvə” İdman Klubunda ağır atletika idman növü ilə məşğul olmağa başlayıb. Ağır atletika üzrə 2013-cü