SON XƏBƏRLƏR

Bu gün əslən Lənkərandan olan aktyor, Əməkdar artist Niftulla Əsgərovun ad günüdür. Bu haqda Cenublu.az xəbər verir.

Niftulla Fətulla oğlu Əsgərov 5 iyul 1959-cu ildə Lənkəranın Girdəni kəndində anadan olub. O, Rostov şəhər Pedaqoji İnstitutunu bitirdikdən sonra Lənkəran Mədəniyyət şöbəsinə mədəniyyət evinin direktoru vəzifəsinə təyin olunub. 1995-ci ildən N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında aktyor kimi çalışır. 2018-ci ildə Əməkdar artist adına layiq görülüb.

O, “My name is İntiqam”, “Bizim Əhməd haradadır?”, “My name is İntiqam 2”, “Bayram axşamı”, “Vəziyyət rusca” kimi müasir komediya filmlərində rol alıb.