SON XƏBƏRLƏR

Zərifə Əliyeva 28 aprel 1923-cü ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində anadan olub.

O, 1942-ci ildə orta məktəbi bitirdikdən sonra indiki Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsində təhsil alıb. Daha sonra Əliyeva Moskva şəhərindəki Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda həkim-oftalmoloq ixtisasında kurs keçib. O, 1949-cu ildən Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi çalışmağa başlayıb. 1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyası tərəfindən Əliyevaya “Oftalmologiya” ixtisası üzrə böyük elmi işçi adı verilib.

Zərifə Əliyeva 1967-ci ildən Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasında dosent vəzifəsində işləyib. O, 1968-ci ildən görmə orqanının patologiyası ilə məşğul olmağa başlayıb. 1983-cü ildə Əliyeva Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasının müdiri seçilib.

1977-ci ildə professor Əliyevanın təklifi ilə ilk dəfə Bakı şəhərində Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin plenumu keçirilib.

Zərifə Əliyeva “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası ilə bağlı oftalmologiya”, “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” və digər monoqrafiyaların müəllifidir. O, həmçinin “Terapevtik oftalmologiya” kitabının müəlliflərindən biridir.

Əliyeva 1981-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatı ilə təltif edilib. O, bu mükafata layiq görülən ilk qadın olub.

Zərifə Əliyeva 15 aprel 1985-ci ildə Moskva şəhərində vəfat etmişdir və orada dəfn olunmuşdur. Daha sonra isə Bakıya gətirilərək, Fəxri xiyabanda dəfn edilmişdir.

Әrkivan FK
Sport

“Ərkivan” FK “Ramana” FK ilə qarşılaşacaq

Masallı təmsilçisi olan “Ərkivan” FK “Ramana” FK ilə qarşılaşacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 iyun tarixində verir. Oyun Abşeron Olimpiya İdman Kompleksində 4 iyun saat 17:00-da baş tutacaq.